​BMT: Bu il Avropaya sığınmaq istəyən 2 500 mühacir ölüb

​BMT: Bu il Avropaya sığınmaq istəyən 2 500 mühacir ölüb Cari ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv dövlətlərin ərazisinə 340 min mühacir sığınıb
Digər ölkələr
28 Avqust , 2015 17:40
​BMT: Bu il Avropaya sığınmaq istəyən 2 500 mühacir ölüb

Bakı. 28 avqust. REPORT.AZ/ Bu il Aralıq dənizi vasitəsilə Avropaya sığınmaq istəyən 2 500-ə yaxın mühacir ölüb, ya da itkin düşüb.

"Report" "France Press"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların işi üzrə üzrə Ali Komissarının mətbuat katibi Melissa Fleminq bildirib.

Onun sözlərinə görə, bu yolla 2015-ci ildə təxminən 200 min nəfər Yunanıstana, 110 min mühacir isə İtaliyaya gedə bilib.

Avropa İttifaqının "Triton" əməliyyat-xilasetmə xidmətinin rəhbərliyi 2015-ci ilin yanvar-iyul aylarında quruma üzv dövlətlərin ərazisinə 340 min mühacirin sığındığı haqda açıqlama yayıb. 2014-cü ildə onların sayı 80 minə yaxın olub.

Məlumata əsasən, İtaliya və Yunanıstana sığınan qaçqınların çoxu Şimali Afrika və Yaxın Şərq ölkələrinin vətəndaşlarıdır. 

Son xəbərlər

Orphus sistemi