Beynəlxalq koalisiya "İslam Dövləti"nə 16 zərbə endirib

Beynəlxalq koalisiya "İslam Dövləti"nə 16 zərbə endirib Zərbələr əsasən Rakka şəhərinə yaxın ərazilərə yönəlib
Digər ölkələr
5 İyul , 2015 10:32
Beynəlxalq koalisiya İslam Dövlətinə 16 zərbə endirib

Bakı. 5 iyul. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq koalisiya qüvvələri "İslam Dövləti" qruplaşmasının mövqelərinə 16 avia zərbə endirib.

"Report"-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, zərbələr əsasən Suriyanın şimalında "İslam Dövləti"nin özünə paytaxt elan etdiyi Rakka şəhərinə yaxın ərazilərə yönəlib.

Qeyd edək ki, son bil il ərzində "İslam Dövləti" terror təşkilatı İraqda və Suriyada əhəmiyyətli əraziləri ələ keçirib.

Beynəlxalq koalisiya qüvvələri terrorçuların mövqelərinə avia zərbələr endirməklə terrorçuların qərargahlarını məhv etmək istəyir.

Son xəbərlər

Orphus sistemi