Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda yaşayan Qazaxıstan vətəndaşları ölkələrində keçiriləcək Məclis (parlamentin alt palatası) deputatlarının və Məşvərət Məclisi (yerli nümayəndə orqanı) seçkilərində səs verə biləcəklər.
"Report"un məlumatına görə, bununla əlaqədar olaraq Qazaxıstanın Azərbaycandakı səfirliyində (Nəcəfqulu Rəfiev küç., 14) seçki məntəqəsi açılacaq. Məntəqə Bakı vaxtı ilə 07:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.
Qeyd edək ki, seçkilər martın 20-də keçiriləcək.