Yuxarı

Bakıda yaşayan Qazaxıstan vətəndaşları ölkənin qanunverici orqanlarına seçkilərdə səs verə biləcəklər

Seçki məntəqəsi Bakı vaxtı ilə 07:00-dan 20:00-a qədər səfirlikdə fəaliyyət göstərəcək

Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda yaşayan Qazaxıstan vətəndaşları ölkələrində keçiriləcək Məclis (parlamentin alt palatası) deputatlarının və Məşvərət Məclisi (yerli nümayəndə orqanı) seçkilərində səs verə biləcəklər.

"Report"un məlumatına görə, bununla əlaqədar olaraq Qazaxıstanın Azərbaycandakı səfirliyində (Nəcəfqulu Rəfiev küç., 14) seçki məntəqəsi açılacaq. Məntəqə Bakı vaxtı ilə 07:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.

Qeyd edək ki, seçkilər martın 20-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi