Bakı. 10 aprel. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində könüllülərin toplanış məntəqəsinin yaxınlığında güclü partlayış baş verib.
"Report" "TASS"a istinadən xəbər verir ki, iraqlı könüllülərin qeydiyyatı və toplanışı həyata keçirilən məntəqənin yaxınlığında minalanmış avtomobil partladılıb. İlkin məlumatlara görə, terror aktı nəticəsində ən azı 2 nəfər hadisə yerində həlak olub, onlarla insan xəsarət alıb.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.