​Bağdadda elektrik enerjisinin kəsilməsinə qarşı etiraz aksiyaları keçirilir

​Bağdadda elektrik enerjisinin kəsilməsinə qarşı etiraz aksiyaları keçirilir "Biz öz xalqının ümidlərini doğrultmayan hakimiyyətə qarşı etiraz edirik"
Digər ölkələr
1 Avqust , 2015 22:37
​Bağdadda elektrik enerjisinin kəsilməsinə qarşı etiraz aksiyaları keçirilir

Bakı. 1 avqust. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində anomal istilərlə əlaqədar elektrik enerjisinin kəsilməsinə qarşı keçirilən nümayişdə bir neçə yüz insan iştirak edir. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

"Biz öz xalqının ümidlərini doğrultmayan hakimiyyətə qarşı etiraz etiraz edirik", - Nahid Ahmad adlı nümayişçi bildirib.

Etirazçılar infrastrukturun inkişafına kifayət qədər investisiyaların qoyulmamasına görə hakimiyyəti günahlandırır.

İraqın baş naziri Heydər əl-Abadi çərşənbə günü dövlət müəssisələrində və bütün dövlət məmurlarının evlərində elektrik enerjisini kəsmək barədə əmr verib. Cümə axşamı Bağdadda havanın temperaturu 50 dərəcəyə çatdıqdan sonra hakimiyyət dörd gün çəkəcək rəsmi istirahət günlərini elan edib. 

Son xəbərlər

Orphus sistemi