Azərbaycanda yaşayan yüzə yaxın Özbəkistan vətəndaşı prezident seçkilərində iştirak edib - FOTO

Azərbaycanda yaşayan yüzə yaxın Özbəkistan vətəndaşı prezident seçkilərində iştirak edib - FOTO Seçkilər normal rejimdə keçir
Digər ölkələr
29 Mart , 2015 15:57
Azərbaycanda yaşayan yüzə yaxın Özbəkistan vətəndaşı prezident seçkilərində iştirak edib - FOTO

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanda yaşayan 100-ə yaxın Özbəkistan vətəndaşıprezident seçkilərində iştirak edərək səs verib.

Özbəkistanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, səfirliyin nəzdində açılan seçki məntəqəsində səsvermə normal rejimdə keçir. 

Azərbaycanda yaşayan 200 Özbəkistan vətəndaşı seçkilərdə səsvermə hüququna malikdir. 

Seçki məntəqəsi yerli vaxtla saat 20.00-dək fəaliyyət göstərəcək. 

Qeyd edək ki, Özbəkistanda keçirilən prezident seçkilərində öz namizədliyini hazırkı prezident İslam Kərimov (Özbəkistan Liberal Demokrat Partiyası), Xatamjon Ketmonov (Özbəkistan Xalq Demokrat Partiyası), Akmal Saidov ("Milliy tiklaniş"), Nərimon Umarov ("Adolat") irəli sürüb.

Son xəbərlər

Orphus sistemi