​"AvtoVAZ" "Lada 4x4 Urban"ın istehsalını artırmağı planlaşdırır

​"AvtoVAZ" "Lada 4x4 Urban"ın istehsalını artırmağı planlaşdırır Şirkət öz avtomobillərini, əsasən Qazaxıstan, Azərbaycan və Ukraynaya ixrac edir
Digər ölkələr
29 Aprel , 2015 21:49
​AvtoVAZ Lada 4x4 Urbanın istehsalını artırmağı planlaşdırır

Bakı. 29 aprel. REPORT.AZ/ "AvtoVAZ" modelə olan yüksək tələbat səbəbindən "Lada 4x4 Urban" avtomobillərinin istehsalını artırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə şirkətdən "Qazeta.ru"ya daxil olan məlumatda bildirilir.

2015-ci ildə ilkin olaraq 5 min bu tip avtomobil istehsalı nəzərdə tutulub, lakin 2014-cü ilin noyabrında "Lada 4x4 Urban"ın bazara çıxmasından indiyə qədər artıq 700 ədəd avtomobil satılıb. Qeyd olunur ki, maya olan sifariş cədvəli tamamilə dolduğundan, artıq iyun ayına olan sifarişlər qəbul olunur.

"AvtoVAZ" öz avtomobillərini, əsasən Qazaxıstan, Azərbaycan və Ukraynaya, kiçik bir qismini Avropa, Yaxın Şərq və Latın Amerikası ölkələrinə ixrac edir.

Son xəbərlər

Orphus sistemi