Yuxarı

​"AvtoVAZ" "Lada 4x4 Urban"ın istehsalını artırmağı planlaşdırır

Şirkət öz avtomobillərini, əsasən Qazaxıstan, Azərbaycan və Ukraynaya ixrac edir

Bakı. 29 aprel. REPORT.AZ/ "AvtoVAZ" modelə olan yüksək tələbat səbəbindən "Lada 4x4 Urban" avtomobillərinin istehsalını artırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə şirkətdən "Qazeta.ru"ya daxil olan məlumatda bildirilir.

2015-ci ildə ilkin olaraq 5 min bu tip avtomobil istehsalı nəzərdə tutulub, lakin 2014-cü ilin noyabrında "Lada 4x4 Urban"ın bazara çıxmasından indiyə qədər artıq 700 ədəd avtomobil satılıb. Qeyd olunur ki, maya olan sifariş cədvəli tamamilə dolduğundan, artıq iyun ayına olan sifarişlər qəbul olunur.

"AvtoVAZ" öz avtomobillərini, əsasən Qazaxıstan, Azərbaycan və Ukraynaya, kiçik bir qismini Avropa, Yaxın Şərq və Latın Amerikası ölkələrinə ixrac edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi