​Avstraliyada 3 nəfər güclü qasırğanın qurbanı olub

​Avstraliyada 3 nəfər güclü qasırğanın qurbanı olub Ölənlərin hamısı avtomobilini sel aparan sürücülər olublar
Digər ölkələr
6 İyun , 2016 07:21
​Avstraliyada 3 nəfər güclü qasırğanın qurbanı olub

Bakı. 6 iyun. REPORT.AZ/ Ötən istirahət günləri Avstraliyanın şərq sahillərində baş qaldıran güclü qasırğa nəticəsində ən azı üç nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polisi məlumat verib.

Məlumata görə, bazar günü Sidneydə və onun təqribən 70 km. cənubunda yerləşən Boural şəhərciyində avtomobillərini sel aparan iki nəfər suda boğulub. Daha bir nəfər paytaxt Kanberra yaxınlığında batıb.

"Hər üç halda ölənlər maşınlarını sel aparan sürücülər olublar", - deyə Avstraliya polisinin bəyanatında bildirilir.

Hazırda 3 nəfər itkin düşmüş hesab olunur: bir nəfər Sidneydə, ikisi isə Tasmaniyada.

Son xəbərlər

Orphus sistemi