​Avrokomissiya qaçqın qəbulunu 4 dəfə artımaq niyyətindədir

​Avrokomissiya qaçqın qəbulunu 4 dəfə artımaq niyyətindədir Jan-Klod Yunkerin yeni kvota ilə bağlı irəli sürdüyü təklif qəbul edilmiş sayılır
Digər ölkələr
3 Sentyabr , 2015 18:45
​Avrokomissiya qaçqın qəbulunu 4 dəfə artımaq niyyətindədir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Avropa Komissiyası İttifaqa üzv dövlətlərin qəbul edəcəyi qaçqınların sayını 4 dəfə artırmağa hazırlaşır. "Report" xəbər verir ki, bu haqda İspaniyada çıxan "El Pais" qəzeti məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqına üzv dövlətlərin qəbul edəcəyi qaçqınların sayının 160 minədək artırılması nəzərdə tutulub.

Qeyd edək ki, əvvəlcə Avrokomissiya Suriya və Eritreyadan olan 40 min qaçqını qəbul etməyi planlaşdırmışdı. Onların 20 mini artıq İtaliya və Yunanıstan ərazisindədir. 20 min qaçqın isə Avropadan kənardadır.

Avrokomissiya qaçqınlarla bağlı kvota məsələsini cari ilin dekabrında müzakirə etməyi planlaşdırmışdı.

Qəzetin məlumatına əsasən, komissiyanın sədri Jan-Klod Yunkerin 120 min nəfər haqda yeni kvota ilə bağlı irəli sürdüyü təklif qəbul edilmiş sayılır.

Xəbərə görə, qaçqınlarla bağlı bütün təkliflər sentyabrın 14-də Avropa İttifaqına üzv dövlətlərin daxili işlər nazirlərinin yığıncağında baxılacaq. 

Son xəbərlər

Orphus sistemi