​Argentinada sərnişin avtobusu aşıb, üç nəfər ölüb

​Argentinada sərnişin avtobusu aşıb, üç nəfər ölüb Qəzaya avtobusun əyləc sistemindəki nasazlıq səbəb olub
Digər ölkələr
13 Dekabr , 2014 21:04
​Argentinada sərnişin avtobusu aşıb, üç nəfər ölüb
Bakı. 13 dekabr. REPORT.AZ/ Argentinanın Neuken əyalətində sərnişin avtobusu aşıb. "Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, paytaxt Buenos-Ayresin 1575 km cənub-qərbində yerləşən San-Martin-de-Los-Andes şəhərinin yaxınlığındakı şosedə baş verib. Nəticədə üç nəfər ölüb, 20 nəfər xəsarət alıb. İlkin məlumata görə, qəzaya avtobusun əyləc sistemindəki nasazlıq səbəb olub. Zərərçəkənlərə tibbi yardım göstərilir. Onlardan ikisinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi