Bakı. 15 yanvar. REPORT.AZ/ İranın nüvə proqramı ilə bağlı Cenevrədə keçirilən növbəti danışıqlar raundu "gərgin" və "işgüzar" mühitdə keçsə də ciddi uğurdan bəhs etmək hələlik tezdir.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bəyan edib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri ilə iranlı həmkarı Məhəmməd Cavad Zarif arasında baş tutan görüş 8 saat davam edib ancaq buna baxmayaraq irəliləyiş barədə danışmaq üçün əsas yoxdur.