​Antivirus proqramının yaradıcısı ABŞ prezidenti olmaq istəyir

​Antivirus proqramının yaradıcısı ABŞ prezidenti olmaq istəyir Con Makafi sentyabrın 10-da prezidentlik uğurunda mübarizəyə qoşulduğunu elan edəcək
Digər ölkələr
9 Sentyabr , 2015 13:57
​Antivirus proqramının yaradıcısı ABŞ prezidenti olmaq istəyir

Bakı. 9 sentyabr. REPORT.AZ/ "McAfee Associates" şirkəti və kompüter üçün eyniadlı antivirusun yaradıcısı Con Makafi ABŞ prezidentliyinə namizəd olmaq istədiyinin bildirib.

"Report" xəbər verir ki, bu haqda "NBCnews" məlumat yayıb.

O bildirib ki, köməkçiləri qeydiyyat üçün lazım olan sənədləri təqidm edəcəklər. C.Makafinon sözlərinə görə, 48 saat ərzində məsələ haqda şərh verməyəcəklər: "Sentyabrın 10-da Nyu-Yorka yola düşəcəyəm və "Foxnews" telekanalında prezidentlik uğurunda mübarizəmi elan edəcəyəm".

70 yaşlı prezidentliyə iddiaçı 1989-cu ildə"McAfee Associates" şirkətinin təsis edib. Onun hansı partiyadan namizəd olacağı hələlik məlum deyil.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-da prezident seçkisi keçiriləcək. Demokratlar Partiyasının bu posta ən şanslı namizədi Hillari Klinton sayılır. Bu partiyanın seçkiqabağı qurultayının gələn il iyulun 25-28-də Pensilvaniya ştatının Filadelfiya şəhərində, respublikaçıların oxşar tədbirinin isə həmin il iyulun 18-21-də Ohayo ştatının Klivlend şəhərində keçirilməsi planlaşdırılıb.

ABŞ prezidentliyinə namizəd olmağa 20-dən çox iddiaçı var. Son ictimai rəy sorğularının nəticələrinə əsasən, iddiaçılar arasında Demokratlar Partiyasından Hillari Klinton, Respublikaçılar Partiyasından isə Donald Tramp irəlidədir.

Son xəbərlər

Orphus sistemi