​Almaniya kansleri: "Avropa qaçqınların gəldiyi ölkələrdə vəziyyətin acınacaqlı olduğunu cox gec anladı"

​Almaniya kansleri: "Avropa qaçqınların gəldiyi ölkələrdə vəziyyətin acınacaqlı olduğunu cox gec anladı" Angela Merkel: "Biz humanitar fəlakətin qarşısının alınması üçün öz sərhədimizi bağlamamaq qərarına gəldik"
Digər ölkələr
1 İyun , 2016 15:43
​Almaniya kansleri: Avropa qaçqınların gəldiyi ölkələrdə vəziyyətin acınacaqlı olduğunu cox gec anladı

Bakı. 1 iyun. REPORT.AZ/ "Avropa qaçqınların gəldiyi ölkələrdə vəziyyətin acınacaqlı olduğunu çox gec anladı".

"Report" xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel "Bunte" jurnalına müsahibəsində deyib.

"Qaçqınların gəldiyi ölkələrdə, yaxud onların vətənləri ilə həmsərhəd olan dövlətlərdə vəziyyətin dözülməzliyini, başqa çıxış yolu tapa bilmədikləri üçün öz talelərini qanunsuz miqrant daşınması ilə məşğul olan qrupların ümidinə buraxdıqlarını Avropa çox gec başa düşdü. Biz gələcəkdə də başqa dövlətlərlə birlikdə qaçqınlığın yaranma səbəbinə qarşı fəal mübarizə aparacağıq və münaqişələrin dinc yolla həllinə çalışacağıq", - deyə kansler bildirib.

A.Merkel jurnalistin "2015-ci ildə suriyalı qaçqınlara sərhədi açmaq düz idimi?" sualını belə cavablandırıb: "Bəli. Almaniya və Avstriya humanitar fəlakətin qarşısının alınması və onların ölkələrimizə gəlməsi üçün öz sərhədini bağlamamaq qərarına gəldi".

Son xəbərlər

Orphus sistemi