ABŞ və Kuba liderləri 50 ildə ilk dəfə olaraq danışıqlar aparıblar

ABŞ və Kuba liderləri 50 ildə ilk dəfə olaraq danışıqlar aparıblar Bu, 1959-cu il Kuba inqilabından sonra ilk görüşdür
Digər ölkələr
12 Aprel , 2015 05:13
ABŞ və Kuba liderləri 50 ildə ilk dəfə olaraq danışıqlar aparıblar

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro 50 ildə ilk dəfə olaraq tarixi hesab olunan planlaşdırılmamış görüş keçiriblər.

“Report” xəbər verir ki, Obama və Kastro iki ölkə arasında münasibətləri müzakirə ediblər, həmçinin qarşılıqlı hörmət əsasında dialoqu davam etdirmək barədə razılıq əldə ediblər.

Qeyd olunur ki, bu, 1959-cu ildə Kuba inqilabından sonra diplomatik münasibətləri olmayan iki ölkə lideri arasında ilk görüşdür.

Son xəbərlər

Orphus sistemi