​ABŞ Kiprdə vahid dövlətin yaradılması mövqeyindən çıxış edir

​ABŞ Kiprdə vahid dövlətin yaradılması mövqeyindən çıxış edir "Biz tərəfləri mümkün qədər tez razılığa gəlməyə çağırırıq"
Digər ölkələr
12 May , 2015 21:47
​ABŞ Kiprdə vahid dövlətin yaradılması mövqeyindən çıxış edir

Bakı. 12 may. REPORT.AZ/ ABŞ rəhbərliyi Kiprdə federativ dövlətin yaradılmasını zəruri hesab edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Bernadett Mihen yunan və türk Kipri arasında danışıqların bərpasını şərh edərkən bildirib.

"Biz bütün kiprlilərin və bütövlükdə regionun rifahı naminə adanın yenidən ikizonalı ikiicmalı federasiyada birləşdirilməsi üçün tərəfləri razılaşmanı mümkün qədər tez əldə etməyə çağırırıq", — deyə o qeyd edib.

Bunadək məlum olub ki, mayın 15-də yunan və türk Kipri prezidentləri arasında görüş keçiriləcək.

Son xəbərlər

Orphus sistemi