Yuxarı

​ABŞ Kiprdə vahid dövlətin yaradılması mövqeyindən çıxış edir

Biz tərəfləri mümkün qədər tez razılığa gəlməyə çağırırıq

Bakı. 12 may. REPORT.AZ/ ABŞ rəhbərliyi Kiprdə federativ dövlətin yaradılmasını zəruri hesab edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Bernadett Mihen yunan və türk Kipri arasında danışıqların bərpasını şərh edərkən bildirib.

"Biz bütün kiprlilərin və bütövlükdə regionun rifahı naminə adanın yenidən ikizonalı ikiicmalı federasiyada birləşdirilməsi üçün tərəfləri razılaşmanı mümkün qədər tez əldə etməyə çağırırıq", — deyə o qeyd edib.

Bunadək məlum olub ki, mayın 15-də yunan və türk Kipri prezidentləri arasında görüş keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi