​ABŞ hərbçiləri "Taliban"ın tutduğu şəhərin azad edilməsi əməliyyatına qoşulub

​ABŞ hərbçiləri "Taliban"ın tutduğu şəhərin azad edilməsi əməliyyatına qoşulub ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları sentyabrın 28-də "Taliban" terrorçularının əlinə keçən Kunduz şəhərinin ətrafını bombalayıb
Digər ölkələr
29 Sentyabr , 2015 14:04
​ABŞ hərbçiləri Talibanın tutduğu şəhərin azad edilməsi əməliyyatına qoşulub

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları sentyabrın 29-da Əfqanıstanın Kunduz şəhərinin ətrafını bombalayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu NATO-nun başçılıq etdiyi Əfqanıstandakı koalisiya qüvvələrinin təmsilçisi polkovnik Brian Tribus bildirib.

Xəbərə görə, ABŞ-ın qırıcıları "Taliban" terrorçularının Kunduz şəhəri ətrafındakı mövqelərinə havadan zərbələr endirib. NATO təmsilçisi həmin ərazidəki koalisya qüvvələrinin sayı barədə açıqlama verməyib.

Qeyd edək ki, Əfqanıstan Hərbi Qüvvələri Kunduzu "taliban"çılardan azad etmək üçün əməliyyata başlayıb.

Xatırladaq ki, sentyabrın 28-də "Taliban" hərəkatının silahlıları şəhəri ələ keçirib. 

Son xəbərlər

Orphus sistemi