ABŞ-da təyyarə yük yerində fəhlənin unudularaq qalması səbəbindən təcili eniş edib

ABŞ-da təyyarə yük yerində fəhlənin unudularaq qalması səbəbindən təcili eniş edib Los-Ancelesə gedən reys baqaj bölməsindən qəribə səslərin gəlməsindən sonra Siettlə qayıdıb
Digər ölkələr
14 Aprel , 2015 12:23
ABŞ-da təyyarə yük yerində fəhlənin unudularaq qalması səbəbindən təcili eniş edib

Bakı. 14 aprel. REPORT.AZ/ Alaska Airlines şirkətinə məxsus təyyarə baqaj bölməsinə yükvuran fəhlənin unudularaq qalması səbəbindən təcili eniş edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin saytındakı məlumatda deyilir. 

Los-Ancelesə gedən reys baqaj bölməsindən qəribə səslərin gəlməsindən sonra Siettlə qayıdıb. Pilot qəza enişi haqqında qərar qəbul edib. Fəhlə təyyarənin texniki vəziyyətini yoxlayıb və baqaj bölməsində yuxuya gedib. 

O, xəsarət almayıb. İnsidentlə bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi