ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var Yerli polis rəisi helikopterin yanmış qalıqlarının aşkar edildiyini bildirib
Digər ölkələr
7 Oktyabr , 2016 09:43
ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ-ın Minnesota ştatının Layno-Leyks şəhəri ərazisində helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər ölüb.

"Report" ABC televiziyasına istinadən xəbər verir ki, polis helikopterin gölə düşdüyünü bildirib.

Yerli polis rəisi helikopterin yanmış qalıqlarının aşkar edildiyini də vurğulayıb.

Şahidlər partlayış səsi eşitdiklərini və yanan bir kürənin yerə endiyini gördüklərini söyləyiblər.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi