ABŞ-da "Amoco BP" şirkətinə məxsus zavodda güclü partlayış olub

ABŞ-da "Amoco BP" şirkətinə məxsus zavodda güclü partlayış olub Partlayışdan sonra güclü yanğın başlayıb
Digər ölkələr
28 İyun , 2016 10:17
ABŞ-da Amoco BP şirkətinə məxsus zavodda güclü partlayış olub

Bakı. 28 iyun. REPORT.AZ/ ABŞ-da Mississippi ştatında "Amoco BP" şirkətinə məxsus qaz emalı zavodunda güclü partlayış olub.

"Report" yerli "News 5" telekanalına istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə təxminən 08:40-da baş verib.

Partlayışdan sonra güclü yanğın başlayıb.

Yerli rəsmilər hadisə yerinə yollanıb. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi