Bakı. 28 iyun. REPORT.AZ/ ABŞ-da Mississippi ştatında "Amoco BP" şirkətinə məxsus qaz emalı zavodunda güclü partlayış olub.
"Report" yerli "News 5" telekanalına istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə təxminən 08:40-da baş verib.
Partlayışdan sonra güclü yanğın başlayıb.
Yerli rəsmilər hadisə yerinə yollanıb. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.