​ABŞ-da 6 min dustaq büdcəyə qənaət məqsədi ilə azadlığa buraxılacaq

​ABŞ-da 6 min dustaq büdcəyə qənaət məqsədi ilə azadlığa buraxılacaq Azadlığa zorakılıq cinayətlərində ittiham olunmayan şəxslər çıxacaq
Digər ölkələr
7 Oktyabr , 2015 06:23
​ABŞ-da 6 min dustaq büdcəyə qənaət məqsədi ilə azadlığa buraxılacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ-ın Ədliyyə Nazirliyi narkotik ticarəti və saxlanmasına görə məhkum edilən 6 min dustağı azadlığa buraxacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, məhbuslar cari ilin oktyabr ayının 30-dan noyabrın 2-dək olan dövr ərzində azad olunacaqlar.

Azadlığa zorakılıq cinayətlərində ittiham olunmayan şəxslər çıxacaq.

Ədliyyə Nazirliyi bu addımı Amerika penitensiar müəssisələrinin dolması ilə əlaqədar atıb. Bu son dərəcə böyük həcmdə büdcə vəsaiti xərclərinin azalmasına gətirib çıxaracaq. Hazırda ölkədə 200 mindən çox insan federal həbsxanalarda cəza çəkir.

Son xəbərlər

Orphus sistemi