ABŞ-da 11 uşağı girov götürən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

ABŞ-da 11 uşağı girov götürən şəxsin kimliyi məlum olub - YENİLƏNİB 36 yaşlı Kris Tomasin motivləri barədə məlumat verilmir
Digər ölkələr
5 Yanvar , 2016 22:58
ABŞ-da 11 uşağı girov götürən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın Corciya ştatında, Atlanta şəhərinin yaxınlığında moteldə 11 uşaq və bir qadını girov götürən şəxsin adı məlum olub.

"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, cinayətkarın 36 yaşlı Kris Tomas olduğu məlum olub.

İlkin məlumata görə, o, qadını və uşaqları girov götürdükdən sonra özünü öldürmək istəyib. Polis yaralı Kris Toması xəstəxanaya çatdırıb.

Cinayətin motivləri barədə məlumat verilmir.

*** 16.41

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın Corciya ştatında, Atlantanın yaxınlığında moteldə girov götürülən 11 uşaq və bir qadın azad edilib.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində qadını və uşaqları girov götürən şəxs yaralanıb.

***

ABŞ-ın Corciya ştatında, Atlantanın yaxınlığında 11 uşaq və bir qadın moteldə girov götürülüb.

"Report" xəbər verir ki, bu haqda "NBC News" məlumat yayıb.

Ehtimal olunur ki, girov götürən bir kişidir.

Məlumata görə, girovların ən kiçiyi 3 aylıq körpə, ən böyüyü isə 17 yaşındadır.

Hadisə yerində xüsusi təyinatlılar, polis və xilasedicilər fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi