Bakı. 17 aprel. REPORT.AZ/ Maltanın Baş naziri Jozef Muskat aprelin sonunda Azərbaycana gələcək. "Report" xəbər verir ki, bununla bağlı
Qeyd edək ki, Jozef Muskat 2014-cü ilin dekabr ayında Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
Uzun illər radio jurnalisti kimi fəaliyyət göstərən 41 yaşlı J.Muskat sonradan siyasətlə məşğul olaraq deputat seçilib, Leyboristlər partiyasına rəhbərlik edib. 2013-cü ilin martından isə ölkənin Baş naziri vəzifəsinə təyin olunub.