​Azərbaycanda ünvanlı dövlət sosial yardımlarının təyin olunması müddəti iki dəfə artırılır

​Azərbaycanda ünvanlı dövlət sosial yardımlarının təyin olunması müddəti iki dəfə artırılır Hazırda sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur
Daxili siyasət
9 Fevral , 2015 14:43
​Azərbaycanda ünvanlı dövlət sosial yardımlarının təyin olunması müddəti iki dəfə artırılır

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanda “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. “Report” xəbər verir ki, bununla bağlı layihə Milli Məclisə Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə daxil olub.

Layihədə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunması təklif edilir.

Qeyd edək ki, hazırda sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

Son xəbərlər

Orphus sistemi