Azərbaycanın birinci xanımı Şüvəlanda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Azərbaycanın birinci xanımı Şüvəlanda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib Mehriban Əliyeva internat məktəbin rəmzi açılışını bildirən lenti kəsdi
Daxili siyasət
23 Noyabr , 2015 21:37
Azərbaycanın birinci xanımı Şüvəlanda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Bakı. 23noyabr. REPORT.AZ/ Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Mehriban Əliyeva internat məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, müəssisə 1967-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə məktəb sökülərək yenidən inşa edilib. 160 uşaq üçün nəzərdə tutulan məktəbdə tədris, yataq korpusları, tibb məntəqəsi tikilib. Musiqi, idman, müalicəvi bədən tərbiyəsi otaqları və siniflərində bütün lazımi avadanlıqlar var. Bundan əlavə, məktəbin nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinin kiçik binasının yerində sağlamlıq imkanları məhdud 100 məktəbəqədər uşaq üçün nəzərdə tutulan ikimərtəbəli Reabilitasiya-İnkişaf Mərkəzi inşa edilib. Mərkəzdə işləyən mütəxəssislərin gün ərzində uşaqlara xidmət göstərməsi, onların qidalanması və istirahəti üçün əlverişli şərait yaradılıb. İnternat məktəbdə, həmçinin dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi yeni peşə kabinetləri var. Ən müasir avadanlıqlarla təchiz olunan məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı fəaliyyət göstərir. Müəssisənin həyətində kölgəliklər, açıq futbol meydançası da yaradılıb.

Son xəbərlər

Orphus sistemi