​Siyavuş Novruzov: "YAP-a qəbulda heç bir yaş senzi, ayrı-seçkilik və məhdudiyyət qoyulmur"

​Siyavuş Novruzov: "YAP-a qəbulda heç bir yaş senzi, ayrı-seçkilik və məhdudiyyət qoyulmur" Partiya funksioneri yaşlı şəxslərin YAP-a qəbulunun dayandırılması ilə bağlı fikirlərinə aydınlıq gətirib
Daxili siyasət
17 Fevral , 2016 13:57
​Siyavuş Novruzov: YAP-a qəbulda heç bir yaş senzi, ayrı-seçkilik və məhdudiyyət qoyulmur

Bakı. 17 fevral. REPORT.AZ/ "Bəzi mətbu orqanlar öz işinə qeyri-peşəkar yanaşaraq müsahibin fikirlərini ciddi şəkildə təhrif edir və cəmiyyətə dezinformasiya yayır. Bir neçə gün öncə “Report”a verdiyim müsahibədə səsləndirdiyim fikirlər bəzi mətbuat orqanları tərəfindən kontekstdən çıxarılaraq yanlış formada təqdim olunub".

Bunu "Report"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

"Mən bu müsahibədə guya yaşlı nəslin nümayəndələrinin Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmadığını iddia edirəm. Halbuki, bu cür qərəzli təhrif müsahibənin ruhu ilə daban-dabana ziddir. Belə ki, müsahibədə 2015-ci ildə partiya sıralarına qəbul olunan şəxslərin 75 faizini gənclər, 25 faizini isə orta və yaşlı nəslin təşkil etdiyi açıq şəkildə ifadə olunur. Adi məntiqi olan şəxs üçün aydındır ki, qəbuldakı 25 faiz məhz yaşı 35-dən yuxarı olan vətəndaşlarımızdır. Burada hər hansı yuxarı yaş senzi haqqında söhbət gedə bilməz. Qeyd olunan 50-60 yaş qrupu isə əsasən hüquq-mühafizə orqanlarında öz əmək fəaliyyətini şərəflə başa vuraraq YAP-a üzv qəbul olunan şəxslərdir. Qanunvericiliyə əsasən, bu orqanlarda çalışdıqları müddətdə onlar heç bir siyasi partiya üzvü ola bilməzlər" - YAP-ın icra katibinin müavini vurğulayıb.

O bildirib ki, YAP-a qəbul partiyanın Nizamnaməsinin tələbləri çərçivəsində aparılır və orada yer alan prinsiplərə ciddi şəkildə riayət olunur: "Partiyaya qəbulda heç bir yaş senzi, ayrı-seçkilik və məhdudiyyət qoyulmur".

Son xəbərlər

Orphus sistemi