Fövqəladə hallar naziri Göygöldə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Göygöldə vətəndaşları qəbul edib Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göygöl şəhərində, Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Göygöl və Daşkəsən rayonları sakinlərinin qəbulunu keçirib.
Daxili siyasət
26 Aprel , 2024 17:02
Fövqəladə hallar naziri Göygöldə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göygöl şəhərində, Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Göygöl və Daşkəsən rayonları sakinlərinin qəbulunu keçirib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazir tərəfindən qəbul edilən Göygöl və Daşkəsən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi