Prezident XDMX əməkdaşlarının maaşlarının artırılması haqqında sərəncam imzalayıb

Prezident XDMX əməkdaşlarının maaşlarının artırılması haqqında sərəncam imzalayıb Maaşlar 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb
Daxili siyasət
19 Yanvar , 2016 17:47
Prezident XDMX əməkdaşlarının maaşlarının artırılması haqqında sərəncam imzalayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sənədə əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi