Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb İndiyə qədər o, ədliyyə general-leytenantı idi
Daxili siyasət
21 Oktyabr , 2015 18:05
Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb

Bakı. 21 oktyabr REPORT.AZ/ Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 20-də imzaladığı sərəncamla Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.

2011-ci ilin fevral ayında ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Evlidir, iki övladı var.

Son xəbərlər

Orphus sistemi