Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb

    İndiyə qədər o, ədliyyə general-leytenantı idi

    Bakı. 21 oktyabr REPORT.AZ/ Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.

    Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 20-də imzaladığı sərəncamla Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

    Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.

    2011-ci ilin fevral ayında ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

    Evlidir, iki övladı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi