​Prezident İlham Əliyev: “Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib”

​Prezident İlham Əliyev: “Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib” “Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik”
Daxili siyasət
21 İyul , 2015 12:52
​Prezident İlham Əliyev: “Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib”

Bakı. 21 iyul. REPORT.AZ/ “Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur”. “Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi ilə əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlətimizin başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirib. Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb. Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən dövlət başçısı xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirib, buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərib. Dövlət başçısı bildirib ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir. “Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik”, deyən dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın rolunun artırılmasının vacibliyini bildirib.

“Xalqımız vahid və milli ideyalar ətrafında birləşib və bu proses bundan sonra da davam edəcək”, - deyən Azərbaycan Prezidenti bununla bağlı mətbuatın üzərinə böyük vəzifələrin düşdüyünü xatırladıb.

Son xəbərlər

Orphus sistemi