Bakı. 16 iyul.
Məktəbəhazırlıq qruplarında qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq müəyyən edilib.
Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilməyəcək.
Uşaqların sayı 10-dan az olduğu halda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılacaq.
Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayacaq və mayın 31-də başa çatacaq.
Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə-1 oktyabr - 26 yanvar, 1 fevral - 31 may-bölünür.
Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və 5 gün əlavə tətil (1-5 may) müəyyən olunub.
Bundan başqa, dərs məşğələsinin müddəti hazırlıq siniflərində 35 dəqiqə müəyyən edilib.