Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsindən azad olunub - FOTO

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsindən azad olunub - FOTO O, öz ərizəsi ilə vəzifəsindən çıxıb
Daxili siyasət
13 Yanvar , 2016 10:28
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsindən azad olunub - FOTO

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

"Report"un məlumatına görə, V.Hüseynov öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Onun Komissiya Katibliyindən azad olunmasına səbəb 2015-ci ildə V Çağırış Milli Məclisə keçirilən seçkilərdə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülməklə deputat seçilməsi olub.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi vəzifəsinə hələ təyinat olmayıb.

Qeyd edək ki, V.Hüseynov parlament seçkilərində 91 saylı Ucar seçki dairəsindən deputat seçilib.

Son xəbərlər

Orphus sistemi