Kamal Abdullayev: "Azərbaycanda aparılan düzgün siyasət nəticəsində şiələrlə sünnilər bir məsciddə namaz qılırlar"

Kamal Abdullayev: "Azərbaycanda aparılan düzgün siyasət nəticəsində şiələrlə sünnilər bir məsciddə namaz qılırlar" "Halbuki başqa şərq ölkələrində biz bu iki məzhəbin nümayəndələrinin son dərəcə qanlı, kəskin qarşıdurmasının şahidi oluruq”
Daxili siyasət
9 Fevral , 2016 16:34
Kamal Abdullayev: Azərbaycanda aparılan düzgün siyasət nəticəsində şiələrlə sünnilər bir məsciddə namaz qılırlar

Bakı. 9 fevral. REPORT.AZ/ "Azərbaycanda müxtəlif dinlərin nümayəndələri mövcuddur və onlar qardaş kimi yaşayırlar. Azərbaycan bu mənada öz multikultural təhlükəsizliyini təmin edə bilib".

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev qış məktəbinin iştirakçıları ilə görüşündə deyib.

O bildirib ki, Azərbaycanda bu gün aparılan düzgün dini siyasət nəticəsində şiələrlə sünnilər bir məsciddə namaz qılırlar: “İslam dinində müxtəlif məzhəblər var. Hətta ölkələr var ki, o məzhəblərdən hər hansı birini dövlət siyasəti elan edib və onun ətrafında birləşib. Mən bunu deyəndə şiə və sünni məzhəblərini nəzərdə tuturam. Azərbaycanda bu gün aparılan düzgün dini siyasət nəticəsində sünnilər və şiələr bir-birinin yanında durub namaz qılırlar. Halbuki başqa şərq ölkələrində biz bu iki məzhəbin nümayəndələrinin son dərəcə qanlı, kəskin qarşıdurmasının şahidi oluruq”. 

Son xəbərlər

Orphus sistemi