​Əli Kərimli AXCP-nin qurultayının nəticələrinin qeydiyyatı üçün məhkəməyə müraciət edəcək

​Əli Kərimli AXCP-nin qurultayının nəticələrinin qeydiyyatı üçün məhkəməyə müraciət edəcək Həsən Kərimov: "Hazırda hüquqşünaslarla məsləhətləşmələr aparılır, sənədlər toplanır"
Daxili siyasət
16 Noyabr , 2015 10:22
​Əli Kərimli AXCP-nin qurultayının nəticələrinin qeydiyyatı üçün məhkəməyə müraciət edəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ "Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Yerli məhkəmələr iddiamızı təmin etməsələr, Avropa Məhkəməsinə müraciət edəcəyik".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.

O bildirib ki, hazırda hüquqşünaslarla məsləhətləşmələr aparılır, sənədlər toplanır.

H.Kərimov qeyd edib ki, AXCP-nin dövlət qeydiyyatına alınmamasının partiya üzvlərinə heç bir təsiri olmayacaq.

Razi Nurullayev isə "Report"a açıqlamasında deyib ki, rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının nəticələri ilə bağlı sənədlər Ədliyyə Nazirliyindədir: "Bizim sənədlərimiz geri qaytarılmayıb. AXCP kimi qeydiyyata alınmaqla bağlı gözləntimiz var. Cavabı gözləyirik, cavab aldıqdan sonra atacağımız addımları müəyyən edəcəyik".

Qeyd edək ki, Ədliyyə Nazirliyi Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının nəticələrinə dair sənədləri geri qaytarıb. Nazirlikdən bildirilib ki, Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP "Etimad qurultayı" adı ilə sənəd təqdim edib. Buna görə də tərəflərə təkilif edilib ki, mübahisəli məsələni həll etmək üçün məhkəməyə müraciət edilsin.

Son xəbərlər

Orphus sistemi