Bu ilin altı ayında YAP-a 13 mindən çox yeni üzv qəbul olunub

Bu ilin altı ayında YAP-a 13 mindən çox yeni üzv qəbul olunub Hakim partiyanın İdarə Heyətinin iclası keçirilib
Daxili siyasət
5 İyul , 2016 15:36
Bu ilin altı ayında YAP-a 13 mindən çox yeni üzv qəbul olunub

Bakı. 5 iyul. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda 2016-cı ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər və İdarə Heyətinin bu ilin ikinci yarımilliyinə dair iş planı müzakirə edilib, partiyanın İdarə Heyətinin 2016-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilib.

Bildirilib ki, 2016-cı ildə də Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib. İyunun 18-də 90 saylı Agdaş seçki dairəsində təkrar parlament seçkisi keçirilib. Parlament seçkisində yaxından iştirak edən YAP qələbə qazanıb və bununla da YAP-ı parlamentdə təmsil edən deputatların sayı 72 nəfərə çatıb.

İclasda vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər seçki kampaniyasında əsas yer tutub.

2016-cı ilin müvafiq dövründə YAP müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını davam edib.

YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirilib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bir sıra mühüm görüşlər keçirilib.

Diqqətə çatdırılıb ki, 2016-cı ilin birinci yarım ilində YAP sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilib, bununla da partiya üzvlərinin sayı 679 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İclasda YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.

Son xəbərlər

Orphus sistemi