​Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülmə müddəti başa çatıb

​Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülmə müddəti başa çatıb 35 minə yaxın şəxs namizədliyini irəli sürüb
Daxili siyasət
22 Noyabr , 2014 18:00
​Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülmə müddəti başa çatıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülmə müddəti bu gün saat 18.00-da başa çatıb.

"Report" xəbər verir ki, son məlumata görə, 35 minə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. Namizədliyi qeydə alınanların sayı 30 minə yaxındır.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir.

Son xəbərlər

Orphus sistemi