Muxtar Babayev BƏƏ-nin icma inkişafı naziri ilə COP29-a hazırlığı müzakirə edib

Muxtar Babayev BƏƏ-nin icma inkişafı naziri ilə COP29-a hazırlığı müzakirə edib Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi COP28-in "Gənc İqlim Çempionu", BƏƏ-nin icma inkişafı naziri xanım Şarma Al Mazrui ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü olub. Azərbaycanda səfərdə olan xanım Şarma Al Mazrui
COP29
8 Mart , 2024 12:54
Muxtar Babayev  BƏƏ-nin icma inkişafı naziri ilə COP29-a hazırlığı müzakirə edib

Azərbaycanda səfərdə olan COP28-in "Gənc İqlim Çempionu", Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) icma inkişafı naziri Şarma Al Mazrui ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü olub.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova da görüşdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi