Mark Libbi: COP29 diqqəti Azərbaycana yönəldəcək

Mark Libbi: COP29 diqqəti Azərbaycana yönəldəcək Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) diqqəti Azərbaycana yönəldəcək.
COP29
15 Fevral , 2024 16:50
Mark Libbi: COP29 diqqəti Azərbaycana yönəldəcək

Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) diqqəti Azərbaycana yönəldəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

“Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bu tədbirlə ölkənin, ilk növbədə, maliyyələşdirmə məsələlərinə diqqət yetirəcəyi qənaətindəyəm. Bu, “yaşıl” iqtisadiyyata keçidi necə idarə etdiyinizi nümayiş etdirəcək. Əvvəllər BƏƏ-yə diqqət yetirildiyi kimi, karbohidrogen hasil edən ölkə kimi Azərbaycana da böyük diqqət yetiriləcək. Bundan başqa, Azərbaycanın ölkənin və dünyanın enerji infrastrukturunda öz roluna dair yeni baxışını necə formalaşdıracağına diqqət yönəldiləcək", - o bildirib.

Son xəbərlər

Orphus sistemi