​Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh ağacı”nın açılış mərasimi olub

​Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh ağacı”nın açılış mərasimi olub Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib
Cəmiyyət
17 May , 2015 15:53
​Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh ağacı”nın açılış mərasimi olub

Bakı. 17 may. REPORT.AZ/ III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı”nın açılış mərasimi olub.

"Report" xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.

Birinci xanım Mehriban Əliyeva “Sülh ağacı”nın rəmzi açılışını bildirən lenti kəsib.

Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və “Sülh ağacı”nın müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser mərasimdə çıxış etdilər.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi