​Bu ilin ilk yarısında Azərbaycandan içki ixracı 39% azalıb

​Bu ilin ilk yarısında Azərbaycandan içki ixracı 39% azalıb Spirtli və spirtsiz içkilər ümumi ixracın 0,18%-ni təşkil edib
Biznes
20 İyul , 2015 16:14
​Bu ilin ilk yarısında Azərbaycandan içki ixracı 39% azalıb

Bakı. 20 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi dinamika müşahidə edilib. 

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin yanvar-iyun aylarında 11 158,29 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 6 529,03 min dollar, yaxud 39,01% azdır.

Bu ilin 6 ayında spirtli və spirtsiz içkilər ümumi ixracın 0,18%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 24 251,52 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 9 731,96 min dollar, yaxud 28,64% azdır. Nəticədə bu məhsulların ölkənin ümumi idxalında payı 0,59% təşkil edib.

Son xəbərlər

Orphus sistemi