Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 11% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 11% artıb Bu il elektron ticarət dövriyyəsi isə 2 dəfə artıb
Biznes
15 Sentyabr , 2015 15:49
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 11% artıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara 15,9 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,3% çox məhsul satılıb.

“Report” Dövlət Statistika Komitəsinin məlumatına əsasən bildirir ki, satılan məhsulların 49,9%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,1%-ni isə qeyri-ərzaq məhsulları təşkil edib.

Hesabat dövründə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 8,2 mln. manat təşkil edib. Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,7%-i hüquqi şəxslər, 7,3%-i isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,5%-i qeyri-ərzaq məhsullarının payına düşüb.

Cari ilin yanvar-avqust aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 644,9 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 276,5 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 368,4 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi