Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18 862 ədəd, yaxud 1,97 dəfə azalıb.
Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 660 ədədi, yaxud 3,39%-i sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 17 345 ədədi, yaxud 89,06%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 275 ədədi və ya 6,55%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 196 ədədi, yaxud 1,01%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin ilk yeddi ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 462 ədəd, yaxud 3,3 dəfə artıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2 dəfə, yaxud 17 273 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 1988 ədəd, yaxud 2,6 dəfə və xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 63 ədəd, yaxud 24,32% azalıb.