​Azərbaycan yeyinti məhsullarının idxalını kəskin azaldıb

​Azərbaycan yeyinti məhsullarının idxalını kəskin azaldıb Bu il ət, süd, buğda, şəkər idxalı azalsa da, yağ, meyvə-tərəvəz idxalında artım qeydə alınıb
Biznes
17 Mart , 2016 15:09
​Azərbaycan yeyinti məhsullarının idxalını kəskin azaldıb

Bakı. 17 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 141 888,32 min ABŞ dolları həcmində yeyinti məhsulları idxal olunub. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yeyinti məhsulları idxalında illik müqayisədə 36,42% azalma müşahidə edilib. Hesabat dövründə ət, süd, buğda, şəkər idxalında azalma, yağ, meyvə-tərəvəz idxalında isə artım qeydə alınıb.

Ət idxalı 9% azalaraq 3 590,77 min dollar, süd - 49,62% azalaraq 668,12 min dollar, şəkər - 33,82% azalaraq 9 034,15 min dollar olub. Buğda idxalı isə daha kəskin azalıb. Buğda idxalı 6,7 dəfə azalaraq 109 015,43 min dollardan 16 217,83 min dollara enib. Kərə yağı idxalı 27,06% artaraq 6 206,10 min dollar, meyvə-tərəvəz idxalı 2,4 dəfə artaraq 27 726,85 min dollar təşkil edib.

Qeyd edək ki, cari il yanvar-fevral ayları ərzində Azərbaycana yeyinti məhsulları idxalı ölkə üzrə cəmi idxalın 14,48%-nə bərabər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,54 faiz bəndi azdır.

Son xəbərlər

Orphus sistemi