Bakı. 12 may. REPORT.AZ/ Vyetnam prezidenti Truonq Tan Sanqın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçiriləcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) yaydığı məlumatda bildirilir.
Biznes forumda neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank xidmətləri, kənd təsərrüfatı, səhiyyə, mebel, ticarət, xidmət, turizm və nəqliyyat xidmətləri, su təsərrüfatı, məişət texnikası, avadanlıq və əczaçılıq məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 40-a yaxın Vyetnam şirkətinin iştirakı nəzərdə tutulur.
Forum