Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçiriləcək Forum Vyetnam prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunacaq
Biznes
12 May , 2015 11:26
Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçiriləcək

Bakı. 12 may. REPORT.AZ/ Vyetnam prezidenti Truonq Tan Sanqın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçiriləcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) yaydığı məlumatda bildirilir.

Biznes forumda neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank xidmətləri, kənd təsərrüfatı, səhiyyə, mebel, ticarət, xidmət, turizm və nəqliyyat xidmətləri, su təsərrüfatı, məişət texnikası, avadanlıq və əczaçılıq məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 40-a yaxın Vyetnam şirkətinin iştirakı nəzərdə tutulur.

Forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi