​Azərbaycan tütün idxalını kəskin azaldıb

​Azərbaycan tütün idxalını kəskin azaldıb Nəticədə, bu il ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 1,6%-ni təşkil edib
Biznes
17 May , 2016 10:54
​Azərbaycan tütün idxalını kəskin azaldıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 40 306,83 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk dörd ayına nisbətən 65 274,49 min dollar və ya 61,83% (2,6 dəfə) azdır. Nəticədə, 2016-cı ilin qeyd edilən ayları ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 1,55%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 4 256,06 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 1 785 min dollar yaxud 72,24% çoxdur. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,17%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi